18.05.2024 12:56

İqtisadi siyasət komitəsi

Ümumi məlumat

 

İqtisadi siyasət komitəsi iqtisadiyyatın inkişaf istiqamətləri, ətraf mühitin qorunması, dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir.

İqtisadi siyasət komitəsi:

iqtisadiyyatın inkişaf istiqamətləri, ətraf mühitin qorunması, dövlət büdcəsi, turizm və vergi ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Naxçıvan Muxtar  Respublikasının Ali  Məclisinə təkliflər verir;

dövlət büdcəsinin layihəsinə dair Ali Məclisin digər komitələrinin təkliflərinə baxır və onlar barəsində rəy verir;

Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar  Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədə uyğunluq baxımından rəy verir;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsi ilə birlikdə turizm sahəsi üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.