04.10.2024 01:00
Müraciət
Hörmətli istifadəçi!
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə (Müraciət etmək hüququ) əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
Bununla belə, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaş müraciət etmək hüququnu aşağıdakı göstərilən vasitələrlə həyata keçirə bilər.
Şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;
Telefon müraciət xidməti – müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;
Yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;
Elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;
Kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;
Video və səs yazısı vasitəsi ilə edilən müraciət qanunvericiliyin tələblərinə uyğun hesab edilmir.
Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan müraciətlər, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Ali Məclisin info@alimajlis.gov.az elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir: Azərbaycan, Naxçıvan MR, Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti 50, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.
Diqqətli olmağınız Sizdən xahiş olunur! (* - vacib sahələr)

Müraciətiniz təhlükəsiz şəkildə göndəriləcək
Bot olmadığınızı təsdiq edin