04.10.2024 00:43
► Naxçıvan Muxtar Respublikasının nişanları

Nişanlar

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2013-cü il 25 iyun tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan Muxtar Respubli­ka­sına xidmətlərə görə” və “Rəşadətli əməyə görə”  nişanlarının əsasnamələri təsdiq edilmişdir.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə, dövlət quruculuğu işlərində xidmətlərə və Naxçıvan Muxtar Respublikası qarşısında xidmətlərə görə verilir.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.

 

 

“Rəşadətli əməyə görə” nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir.

“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.