Abdullayev Arzu Kamal oğlu
1987-ci ildə Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur.
2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasını, 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisaslaşmasını magistratura səviyyəsini, 2017-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Vətən tarixi ixtisası üzrə doktorantura səviyyəsini fərqlənmə ilə bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. 2022-ci ildən tarix elmləri doktoru üzrə dissertantura təhsili alır. 6 kitab, 200-dən artıq məqalə və tezislərin müəllifidir.
Əmək fəaliyyətinə 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri kimi başlamış, 2009-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini, 2013-2018-ci illərdə “Nuh Yurdu” qəzetində jurnalist, 2013-2024-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında müəllim, baş müəllim, 2014-2021-ci illərdə “İstedad-XXI əsr” MMC-də direktor müavini, icraçı direktor, 2020-2021-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda müəllim, 2021-2024-cü illərdə YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri, 2023-2024-cü illərdə Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır. VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. 26 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilmişdir.
30.11.2022-ci il tarixində “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2018-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rus dilini bilir.
Ailəlidir, 2 övladı var.