Məmmədov Bəxtiyar İbrahim oğlu
1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1993-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun avtomatlaşdırma üzrə mühəndis ixtisasını bitirmişdir.
Əmək fəaliyyətinə 1993-cü ildə “Azərneftyağ” Neftayırma Zavodunda cihazçı kimi başlamış, 1995-2003-cü illərdə “Azərneftyağ” İstehsalat Birliyində mühəndis, rəis müavini, 2003-2015-ci illərdə “Azərneftyağ” Neft Emalı Zavodunda şöbə rəisinin müavini, şöbə rəisi-baş metroloq, 2015-2016-cı illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda baş metroloqun müavini, 2016-2019-cu illərdə Karbamid zavodunda direktor müavini-baş mühəndis, 2019-2023-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunda direktor, 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifələrində çalışmışdır. VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. 26 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini seçilmişdir.
08.09.2010-cu il tarixində “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ehtiyatda olan zabitdir.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.