Aparatın rəhbəri
Ülvi Mötəbər oğlu Hüseynli
1986-cı ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə təhsil almışdır. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisində fəaliyyət göstəməyə başlamış və Ali Məclis Aparatında müxtəlif vəzifələrdə, o cümlədən, Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
3-cü dərəcə dövlət müşaviridir.
Evlidir, iki övladı var.