Vətəndaşların sualları |
|||
Sual: |
Ali Məclisə informasiya sorğusunu necə vermək olar? |
||
Cavab: |
- Saytın baş səhifəsinin “Sorğu” bölməsi var. Burada siz doldurulması tələb edilən forma ilə tanış olaraq sorğu göndərə bilərsiniz. |
||
Sual: |
Ali Məclisdə rəhbər vəzifəli şəxslərin qəbul günləri barədə necə məlumat almaq olar? |
||
Cavab: |
- Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəhbər vəzifəli şəxslərin qəbul cədvəli Ali Məclisin rəsmi internet səhifəsində dərc olunur. 2.Ali Məclisin internet səhifəsində “Qəbul günləri” bölməsindən, qəbuluna düşmək istədiyi “vəzifəli şəxsi” müəyyən edir, “Qəbula yazıl” bölməsindən “Qəbula yazılmaq üçün formanı” doldurur və qeydiyyatdan keçir. (Bu halda da şəxsiyyət vəsiqəsinin nömrəsini dəqiq yazmaq zəruridir) |
||
Sual: |
Ali Məclis Aparatına inzibati vəzifəyə qəbul xüsusi imtahan yolu ilə yoxsa müsahibə əsasında həyata keçirilir? |
||
Cavab: |
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1, 28.2 və 29.1-ci maddələrinə və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına kadrların dövlət qulluğuna qəbulu müsahibə və müsabiqə yolu ilə həyata keçirilir. Ali Məclisin Aparatına dövlət qulluğuna qəbul olunmaq üçün iddiaçıların müsahibəyə buraxılması yalnız Aparatın ştat cədvəli üzrə boş vəzifə olduqda aparılır. Ali Məclisin Aparatının əsas vəzifəsi qanunvericilik hakimiyyətinin fəaliyyətinin təşkil və təmin edilməsindən ibarət olduğu üçün buraya yalnız ali təhsilli normativ hüquqi aktların layihələrinin hazırlanmasında, onların müvafiq ekspertizasının aparılmasında böyük təcrübəyə, bacarığa və səriştəyə malik dövlətçiliyimizə sadiq yüksək intellektli, habelə müvafiq təşkilatı, texniki işlərin yerinə yetirilməsi üçün yetərincə idarəçilik təcrübəsi olan şəxslər buraxılırlar. |
||