07.12.2024 16:33
► Ali Məclisin Fəxri Fərmanı

Ali Məclisin Fəxri Fərmanı

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2006-cı il 29 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı haqqında Əsasnamə” təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə, sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, məhkəmə, hüquq-mühafizə və dövlət qulluğundakı xidmətlərinə görə işlədiyi və fəaliyyət müddətindən asılı olmayaraq şəxslərə və kollektivlərə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı əcnəbi vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə və kollektivlərə də verilə bilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı eyni şəxsə və kollektivə yalnız bir dəfə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını öz təşəbbüsü ilə və ya təqdimat əsasında verir.