18.05.2024 18:32

Hüquq siyasəti komitəsi

Ümumi məlumat

 

Hüquq siyasəti komitəsi hüquqi siyasətin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Hüquq siyasəti komitəsi:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin statusu və vəkillik ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və başqa qanunlarına uyğunluğu haqqında rəy verir;

Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmək üçün Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdim etdiyi şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxır və rəy verir;

Naxçıvan Muxtar  Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinə baxır və rəy verir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının mətnində dəyişikliklər olunması haqqında qanunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinə çıxarıldıqda Hüquq siyasəti komitəsi bu haqda rəy verməlidir.