18.05.2024 18:32

Humanitar siyasət komitəsi

Ümumi məlumat

 

Humanitar siyasət komitəsi səhiyyə, elm və mədəniyyət sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

Humanitar siyasət komitəsi:

səhiyyə, elm və mədəniyyət sahələrinə aid qanun və qərar layihələrini hazırlayır və ya təqdim olunmuş qanun və qərar layihələrinə dair rəy verir;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində səhiyyə, elm və mədəniyyət sahələrinə aid məsələlərə dair rəy verir.