19.05.2024 04:00

Hesablayıcı Komissiyası

Ümumi məlumat

 

Növbəti çağırış Ali Məclisin birinci iclasında və bundan sonra hər il Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Ali Məclisin iclaslarında fəaliyyət göstərir.

Ali Məclisin Hesablayıcı komissiyası Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Ali Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Hesablayıcı komissiyanın iclası onun azı 3 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Ali Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.

Ali Məclisin sədrinin seçkiləri keçirilərkən Ali Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Ali Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.