29.04.2026 06:02
AZ | EN
► ZEYNALOV TƏBRİZ EYVAZ OĞLU

 

   ZEYNALOV TƏBRİZ EYVAZ OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 14 saylı Qarabağlar

1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, xəstəliyi ilə əlaqədar ordu sıralarından Mayor rütbəsi ilə ehtiyata buraxılmış Qazidir. 2022-ci ildən dövlət qulluğu sahəsində çalışmışdır. Xidməti dövründə Silahlı Qüvvələrin yaranmasının “95 illik” və “100 illik” medalları, “Qüsursuz xidmətlərə görə III dərəcəli” medal, “Vətən müharibəsi iştirakçısı” medalı, “İgidliyinə görə” medalı, “Xocavəndin azad olunmasına” və “Şuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir. Ali Məclisin “Hüquq siyasəti” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Bitərəfdir