29.04.2026 06:04
AZ | EN
► ZEYNALOV AZƏR YADULLA OĞLU

 

ZEYNALOV AZƏR YADULLA OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 10 saylı Şərur şəhər

1970-ci ildə İliç (indiki Şərur) rayonunun Şərur şəhərində anadan olmuşdur. Lipetsk Politexnik İnstitutunu sənaye nəqliyyatı ixtisası üzrə bitirmişdir. Rus dilini bilir. Səmərəli fəaliyyətinə görə 2010-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, eyni zamanda Ali Məclisin İqtisadi siyasət komitəsinin sədridir. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası