
ZEYNALOV AZƏR YADULLA OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 10 saylı Şərur şəhər
1970-ci ildə İliç (indiki Şərur) rayonunun Şərur şəhərində anadan olmuşdur. Lipetsk Politexnik İnstitutunu sənaye nəqliyyatı ixtisası üzrə bitirmişdir. Rus dilini bilir. Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, eyni zamanda Ali Məclisin İqtisadi siyasət komitəsinin sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik