29.04.2026 06:02
AZ | EN
► Xudiyev Rza Əli oğlu

 

Xudiyev Rza Əli oğlu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 38 saylı Yaycı

1962-ci ildə Culfa şəhərində anadan olmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət İnstitutunda Dram və kino aktyorluğu ixtisası üzrə ali təhsil almışdır. Uzun illər C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyorluqla yanaşı, məsul vəzifələrdə çalışmışdır. Səmərəli fəaliyyətinə görə 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının, 2006-cı ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2008-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adları, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Ali Məclisin Humanitar siyasət komitəsinin üzvüdür.  Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası