
VƏLİYEV SADIQ HÜSEYNƏLİ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 9 saylı Mahmudkənd
1946-cı ildə Noraşen (indiki Şərur) rayonunun Qarxun kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmişdir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. 60-dan çox elmi işin, elmi-metodiki və metodik vəsaitin müəlifidir. Rus dilini bilir. Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik