
VƏLİYEV MUSA MƏMMƏD OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 8 saylı Düdəngə
1959-cu ildə Noraşen (indiki Şərur) rayonunun Dizə kəndində anadan olmuşdur. Naxçıvan Politexnik Texnikumunu və Naxçıvan Özəl Universitetini iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bitirmişdir. Səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülmüşdür. III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Evlidir, 5 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik