
TALIBOV VASİF YUSİF OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 7 saylı Yuxarı Aralıq
1960-cı ildə Noraşen (indiki Şərur) rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş, 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri, Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının, Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir. I, II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik