29.04.2026 06:04
AZ | EN
► TALIBOV VASİF YUSİF OĞLU

 

TALIBOV VASİF YUSİF OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 7 saylı Yuxarı Aralıq

1960-cı ildə Noraşen (indiki Şərur) rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş, 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri, Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. I, II, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası