29.04.2026 06:04
AZ | EN
► TALIBOV VASİF YUSİF OĞLU

 

TALIBOV VASİF YUSİF OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 7 saylı Aralıq

1960-cı ildə Noraşen (indiki Şərur) rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş, 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri, Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuşdur. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası