28.05.2026 20:51
AZ | EN
► TALIBOV VASİF YUSİF OĞLU

 

TALIBOV VASİF YUSİF OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 7 saylı Aralıq

1960-cı ildə Noraşen (indiki Şərur) rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş, 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri  seçilmişdir.  Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası