
TALIBOV TARİYEL HÜSEYNƏLİ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 12 saylı Yuxarı Daşarx
1949-cu ildə Noraşen (indiki Şərur) rayonunun Siyaqut kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun aspirantı olmuş, biologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professordur. Nəşr edilmiş 139 əsərin, o cümlədən 30 kitab, metodik vəsait, proqram və xəritələrin müəllifidir. Bioresursların tədqiqi ilə bağlı fundamental və tətbiqi elmi əsərlərə görə Azərbaycan Milli Elmlər Akademiyasının H.B.Zərdabi adına mükafatıyla təltif olunmuşdur. Rus dilini bilir. III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının sədr müavinidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik