29.04.2026 06:00
AZ | EN
► TALIBOV TARİYEL HÜSEYNƏLİ OĞLU

 

TALIBOV TARİYEL HÜSEYNƏLİ OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 12 saylı Yuxarı Daşarx

1949-cu ildə Noraşen (indiki Şərur) rayonunun Siyaqut kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun aspirantı olmuş, biologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professordur. Nəşr edilmiş 139 əsərin, o cümlədən 30 kitab, metodik vəsait, proqram və xəritələrin müəllifidir. Rus dilini bilir. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının sədr müavinidir. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası