29.04.2026 06:04
AZ | EN
► TALIBOV SEYMUR VASIF OĞLU

 

TALIBOV SEYMUR VASIF OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 25 saylı Naxçıvan şəhər

1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisasını həm bakalavr, həm də magistr pilləsi üzrə, Oxford Universitetinin Said Biznes məktəbini “Liderlik və İdarəçilik” üzrə bitirmişdir. 1 dərs vəsaiti və 20-yə yaxın elmi məqalənin müəllifidir. Hüquq üzrə fəlsəfə elmlər doktorudur. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri və Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidentidir. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitsinin üzvüdür. Evlidir, 1 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası