
SƏFƏRLİ HACIFƏXRƏDDİN YƏHYA OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 23 saylı Cəhri
1949-cu ildə Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını tarix ixtisası üzrə bitirmişdir. Tarix elmləri doktoru, professordur. Rus dilini bilir. Naxçıvanın epiqrafik abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə aid 600-ə yaxın elmi və elmi-kütləvi əsərin, o cümlədən 30-a yaxın kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramının, 300-dən artıq elmi məqalənin və tezisin müəllifidir. Həmçinin çoxlu ümumiləşdirici əsərin, o cümlədən 2 cildlik “Naxçıvan ensiklopediyası”nın, Azərbaycan və ingilis dillərində buraxılmış “Naxçıvan abidələri ensiklopediyası”nın, “Naxçıvan tarixi atlası”nın, 3 cildlik “Naxçıvan tarixi”nin, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlasın əsas müəlliflərindən biridir. Bir sıra beynəlxalq və respublika miqyaslı simpozium və konfranslarda iştirak etmişdir. Elmi-tədqiqat işlərinin nəticələrinə görə 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurası tərəfindən “İlin alimi” seçilmiş, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl medalı ilə təltif olunmuş, 2015-ci ildə isə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədridir. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik