29.04.2026 05:59
AZ | EN
► SƏFƏRLİ HACIFƏXRƏDDİN YƏHYA OĞLU

 

SƏFƏRLİ HACIFƏXRƏDDİN YƏHYA OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 23 saylı Cəhri

1949-cu ildə Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını tarix ixtisası üzrə bitirmişdir. 6 monoqrafiyanın, 1 kitabın, 2 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 2 dərs proqramının, 150-ə yaxın məqalənin müəllifidir. Həmçinin 2 cildlik “Naxçıvan ensklopediyası”nın, Azərbaycan və ingilis dillərində buraxılmış “Naxçıvan abidələri ensklopediyası”nın və “Naxçıvan tarixi atlası” nın əsas müəlliflərindən biridir. Elmi-tədqiqat işlərinin nəticələrinə görə 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurası tərəfindən “İlin alimi” adına layiq görülmüşdür. Tarix elmlər doktoru, professordur. Rus dilini bilir. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədridir. Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası