29.04.2026 06:06
AZ | EN
► RZAYEVA YAZGÜL HƏSƏNƏLİ QIZI

 

RZAYEVA YAZGÜL HƏSƏNƏLİ QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 27 saylı Naxçıvan şəhər

1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu “Həkim-pediatr” ixtisası üzrə bitirmişdir. 1997-ci ildən “Ali” kateqoriyalı həkimdir. Səmərəli fəaliyyətinə görə 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülmüşdür. 2008-ci ildən Avropa Şurasının Yerli və Regional Palatalar Konqresinin Azərbaycan Respublikasının nümayəndə Heyətinin üzvü, həmçinin Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikası Təşkilatının Siyasi Şurasının üzvü, Qadınlar Şurasının sədridir. III, IV və V çağırış çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitəsi sədrinin müavinidir. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası