29.04.2026 06:06
AZ | EN
► RZAYEVA YAZGÜL HƏSƏNƏLİ QIZI

 

RZAYEVA YAZGÜL HƏSƏNƏLİ QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 27 saylı Naxçıvan şəhər

1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu “Həkim-pediatr” ixtisası üzrə bitirmişdir. 1997-ci ildən “Ali” kateqoriyalı həkimdir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülmüşdür. 2008-ci ildən Avropa Şurasının Yerli və Regional Palatalar Konqresinin Azərbaycan Respublikasının nümayəndə Heyətinin üzvüdür. III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitəsi sədrinin müavinidir. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası