
RZAYEVA YAZGÜL HƏSƏNƏLİ QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 27 saylı Naxçıvan şəhər
1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu həkim-pediatr ixtisası üzrə bitirmişdir. 1997-ci ildən “Ali” kateqoriyalı həkimdir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülmüşdür. 2008-ci ildən Avropa Şurasının Yerli və Regional Palatalar Konqresinin Azərbaycan Respublikasının nümayəndə Heyətinin üzvüdür. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavinidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik