
RZAYEV TEYMUR YAQUB OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 18 saylı Nehrəm
1966-cı ildə Babək rayonunun Didivar kəndində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu elektrik təchizatı ixtisası üzrə bitirmişdir. Uzun illər sahibkarlıq fəaliyyətiylə məşğul olmuşdur. Bu sahəsindəki uğurlu fəaliyyətinə görə YAP Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan MR Təşkilatı tərəfindən 2001-ci ilin ən yaxşı “Gənc sahibkarı” adına layiq görülmüş, 2008-ci ildə AHİK 15 illik “Yubiley medalı” ilə, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə, Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə, “AHİK 30” illik döş nişanı, AHİK fəxri fərmanı, Naxçıvan Muxtar Respublikasında “Rəşadətli əməyə görə” nişanı, 2024-cü ildə isə Naxçıvan Həmkarlar İttifaqı Şurasının Fəxri fərmanı ilə təltif olunmuşdur. Ali Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu məsələləri” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik