
RZAYEV QÜRBƏT İSMAYIL OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 41 saylı Ordubad şəhər
1941-ci ildə Qazaxıstan Respublikası Taldı-Kurqan vilayəti Kirov rayonunun Kirov kəndində anadan olmuşdur. Azərbaycan Pedoqoji Dillər İnstitutunu bitirmişdir. Rus dilini bilir. 1999-cu ildən Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədridir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin üzvüdür. Evlidir, 10 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik