
QURBANOV HÜSEYN CƏLAL OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 33 saylı Naxçıvan şəhər
1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1991-ci ildə Naxçıvan şəhər Xalq Deputatları Məclisinin deputatı olmuşdur. Yüksəkkeyfiyyətli sürücü kadrlar hazırlanmasında fəal iştirakına görə SSRİ Müdafiə Nazirliyinin, Zaqafqaziya Hərbi Dairəsinin, Azərbaycan OADKİ-nin fəxri fərmanlarına, hərbi qulluqda nümunəvi xidmətinə görə “Sovet İttifaqı marşalı Jukov” adına və SSRİ OADKİ-nin “Şərəf nişanı” medalına layiq görülmüşdür. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvüdür.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik