29.04.2026 06:06
AZ | EN
► QULİYEVA ZEYNƏB KƏRİM QIZI

 

QULİYEVA ZEYNƏB KƏRİM QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 2 saylı Dəmirçi

1970-ci ildə İliç (İndiki Şərur) rayonu, Dəmirçi kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində ali təhsil almışdır. Tarix üzrə elmlər doktoru və dosentdir. Rus və ingilis dillərini bilir.  2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “İlin ən yaxşı müəllimi” diplomuna layiq görülmüş, Azərbaycan müəllimlərinin XII və XIII Qurultayına nümayəndə seçilmişdir. Səmərəli fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı ilə təltif edilmişdir. Ali Məclisin “Hüquq siyasəti” komitəsinin üzvüdür. 1 övladı var. 

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası