29.04.2026 06:05
AZ | EN
► QULİYEVA SEVDA RÜSTƏM QIZI

 

QULİYEVA SEVDA RÜSTƏM QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 15 saylı Qarabağlar

1963-cü ildə Kəngərli (keçmiş Noraşen) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) kimya-biologiya ixtisası üzrə bitirmişdir. Səmərəli fəaliyyətinə görə 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüş, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur. 2011-ci ildən YAP Kəngərli rayon təşkilatı Qadınlar Şurasının, 2015-ci ildən isə Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədridir. IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası