29.04.2026 06:03
AZ | EN
► QULİYEV ƏLƏKBƏR NURU OĞLU

 

QULİYEV ƏLƏKBƏR NURU OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 20 saylı Qaraçuq

1948-ci ildə Naxçıvan rayonunun (indiki Naxçıvan şəhəri) Qaraçuq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. XI və XII çağırış Naxçıvan şəhər Xalq Deputatları Sovetinin, 1990-cı ildə I çağırış Naxçıvan şəhər Xalq Deputatları Məclisinin, I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 21.11.1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransında Siyasi Şuranın üzvü, 1993-cü il noyabrın 5-də YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransında təşkilatın sədri seçilmişdir. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası