
QULİYEV ƏLƏKBƏR NURU OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 28 saylı Atabəylər
1948-ci ildə Naxçıvan rayonunun (indiki Babək) Qaraçuq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. XI və XII çağırış Naxçıvan şəhər Xalq Deputatları Sovetinin, 1990-cı ildə I çağırış Naxçıvan şəhər Xalq Deputatları Məclisinin deputatı olmuşdur. 21.11.1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransında Siyasi Şurasının üzvü, 1993-cü il noyabrın 5-də YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransında təşkilatın sədri seçilmişdir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik