
QƏRİBLİ İSMAYIL CAVANŞİR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 4 saylı Yengicə
1984-cü ildə İliç (indiki Şərur) rayonunun Axaməd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsini, Naxçıvan Dövlət Universitetini isə “Dövlət hüququ” ixtisası üzrə magistr pilləsini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bitirmişdir. İngilis dilini bilir. Səmərəli fəaliyyətinə görə 2019-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika təşkilatının Siyasi Şurasının, həmçinin Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik