
QASIMOV ARİF MİKAYIL OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 1 saylı Sədərək
1952-ci ildə Noraşen (indiki Şərur) rayonunun Sədərək kəndində anadan olmuşdur. Bakı şəhər Maliyyə-Kredit Texnikumunun mühasibat uçotu ixtisasını və Naxçıvan Dövlət Universitetinin İqtisad-Hüquq fakültəsinin mühasibat uçotu və audit ixtisasını bitirmişdir. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, 1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədridir. Yeni Azərbaycan Partiyasının I, II və III qurultaylarının nümayəndəsi seçilmiş, partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının idarə heyəti və siyasi şurasının, həmçinin Ali Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 5 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik