14.05.2026 00:36
AZ | EN
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

6 may 2026-cı il

Layihə

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

Q A N U N U

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında”

Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddədə “maddəsinə” sözü “maddəsinin I hissəsinə” sözləri ilə əvəz edilsin.

2. 8-ci maddə üzrə:

2.1. 8.1-ci maddənin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:

“8.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 13-cü maddəsinin II hissəsinə, 14-cü maddəsinin II hissəsinə, 28-1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 32-ci maddəsinin I hissəsinin 1-1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.Seçkilərin təyin edilməsi haqqında sərəncam səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”;

2.2. 8.2-ci maddənin ikinci cümləsində “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilsin.

3. 22.2-ci maddənin ikinci cümləsindən “Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin” sözləri “Ali Məclis sədrinin” sözləri ilə əvəz edilsin.

4. 23.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 14-cü maddəsinin I hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edir.”.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini                                BƏXTİYAR MƏMMƏDOV

13 may 2026-cı il

Qanun layihəsinin müzakirəsində iştirak edin
Bot olmadığınızı təsdiq edin