29.04.2026 06:02
AZ | EN
► ORUCƏLİYEV NƏRİMAN BİLAL OĞLU

 

ORUCƏLİYEV NƏRİMAN BİLAL OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 24 saylı Cəhri

1930-cu ildə Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. Naxçıvan Müəllimlər İnstitutunun tarix-filologiya fakültəsini və Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan müəllimlərinin 1998-ci ildə keçirilmiş VIII qurultayının iştirakçısı olmuşdur. Xidmətlərinə görə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR və Naxçıvan MSSR Maarif nazirliklərinin fəxri fərmanları, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş, “Azərbaycan SSR-in əməkdar təbliğatçısı”, Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülmüşdür. Pedaqoji elmlər namizədi, dosentdir. Rus dilini bilir. 11 kitab və 100-ə yaxın elmi pedaqoji və metodik məqalələrin müəllifidir. Evlidir, 8 övladı var. (2007-ci ildə vəfat etmişdir)

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası