29.04.2026 05:59
AZ | EN
► NİFTƏLİYEV HÜSEYN ƏSRAFİL OĞLU

 

NİFTƏLİYEV HÜSEYN ƏSRAFİL OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 18 saylı Nehrəm

1951-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu həkim-pediatr ixtisası üzrə bitirmişdir. 2000-ci ildən Nehrəm kənd xəstəxanasının ilk partiya təşkilatının sədridir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i adına layiq görülmüş, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası