29.04.2026 06:04
AZ | EN
► NİFTƏLİYEV HÜSEYN ƏSRAFİL OĞLU

 

NİFTƏLİYEV HÜSEYN ƏSRAFİL OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 18 saylı Nehrəm

1951-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu həkim-pediatr ixtisası üzrə bitirmişdir. 2000-ci ildən Nehrəm kənd xəstəxanasının ilk partiya təşkilatının sədridir. Səmərəli fəaliyyətinə görə 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi”, 2013-cü ildə Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl və 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunmuşdur. III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası