
NİFTƏLİYEV HÜSEYN ƏSRAFİL OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 18 saylı Nehrəm
1951-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu həkim-pediatr ixtisası üzrə bitirmişdir. 2000-ci ildən Nehrəm kənd xəstəxanasının ilk partiya təşkilatının sədridir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i adına layiq görülmüş, Azərbaycan Respublikasının “Tərəqqi” və Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl medalları ilə təltif olunmuşdur. III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik