29.04.2026 05:59
AZ | EN
► NAĞIYEV FƏXRƏDDİN TAĞI OĞLU

 

NAĞIYEV FƏXRƏDDİN TAĞI OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 8 saylı Düdəngə

1953-cü ildə Noraşen (indiki Şərur) rayonunun Düdəngə kəndində anadan olmuşdur. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu, Moskva şəhərində Rusiya İdarəetmə Akademiyasını (hüquq ixtisası üzrə) və Moskva şəhərində Beynəlxalq Menecment və Marketinq kurslarını bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus dilini bilir. 1990-1995-ci illərdə Şərur rayon XDM-nin üzvü seçilmişdir. Bir sıra mühüm əhəmiyyətli qanunvericilik aktlarının layihəsinin işlənib hazırlanmasında iştirak etmiş, muxtar respublikanın yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur. Ali Məclisdə Hüquq siyasəti daimi komissiyasının sədri seçilmişdir. Evlidir, 2 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası