29.04.2026 06:06
AZ | EN
► MUSTAFAYEVA İLHAMƏ RAFİQ QIZI

 

MUSTAFAYEVA İLHAMƏ RAFİQ QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 45 saylı Aza

1970-ci ildə Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirmişdir. Bakı şəhəri Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində ixtisaslaşma kursu keçərək mama-ginekoloq ixtisasına yiyələnmişdir. Tibb üzrə fəlsəfə doktorudur. IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası