29.04.2026 06:06
AZ | EN
► MƏMMƏDOVA YEGANƏ QURBAN QIZI

 

MƏMMƏDOVA YEGANƏ QURBAN QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 11 saylı Həmzəli

1965-ci ildə İliç (indiki Şərur) rayonunun Gümüşlü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu tarix müəllimliyi ixtisası üzrə bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. Səmərəli fəaliyyətinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının Şərur rayon təşkilatının İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədridir. IV və V çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası