
MƏMMƏDOVA YEGANƏ QURBAN QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 11 saylı Həmzəli
1965-ci ildə İliç (indiki Şərur) rayonunun Gümüşlü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu tarix müəllimliyi ixtisası üzrə bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının Şərur rayon təşkilatının İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədridir. IV çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik