29.04.2026 06:02
AZ | EN
► MƏMMƏDOV RİZVAN TƏMO OĞLU

 

MƏMMƏDOV RİZVAN TƏMO OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 34 saylı Şahbuz şəhər

1955-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu “Tarix” ixtisası üzrə və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “Sosial-siyasi münasibətlər nəzəriyyəsi” ixtisası üzrə bitirmişdir. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədridir. Partiyanın III, IV, V və VI Qurultayının nümayəndəsi, həmçinin III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Yerli özünüidarə” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası