29.04.2026 06:02
AZ | EN
► MƏMMƏDOV RİZVAN TƏMO OĞLU

 

MƏMMƏDOV RİZVAN TƏMO OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 34 saylı Şahbuz şəhər

1955-ci ildə Şahbuz rayonunun Kükü anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu “Tarix” ixtisası üzrə və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “Sosial-siyasi münasibətlər nəzəriyyəsi” ixtisası üzrə bitirmişdir. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədridir. Partiyanın III və IV Qurultayının nümayəndəsi, həmçinin III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Yerli özünüidarə” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası