
MƏMMƏDOV RİZVAN TƏMO OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 34 saylı Şahbuz şəhər
1955-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu tarix ixtisası üzrə və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası üzrə bitirmişdir. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədridir. Partiyanın III və IV Qurultayının nümayəndəsi, həmçinin III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Yerli özünüidarə komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik